Elmi konfrans (4 may 2019)
Hər il “Ada mirası 2019” ACM tədbirində bakalavr, magistr və doktorantura tələbələrini informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster formatına uyğun təqdim etməyə dəvət edirik. Posterlər tədqiqat işinizi tanıtmaq, peşəkarların rəyini öyrənmək, təqdimat bacarığınızı sınaqdan keçirmək, ideyanızı müzakirə etmək üçün gözəl imkan yaradır.
Mövzu informatikanın istənilən istiqaməti üzrə yeni ideya, dizayn, texnologiya, sistem və ya alətlər, dəyərləndirmə, elmi araşdırma, metodika, sosial və ya strateji siyasət məsələlərini əhatə edə bilər. Müəlliflər orijinal bir tədqiqatı və ya əvvəl nəşr olunmuş işlərinin bir formasını təqdim edə bilərlər.
“Ada mirası 2019” ACM tədbirində tədqiqatınız barədə mütəxəssislərin rəyini öyrənmək istəyirsiniz? Elə indi ərizə formasını dolduraraq 1 may, saat 18.00-a qədər göstərilən e-poçt ünvana yollayın. İştirak üçün bakalavr, magistr və ya dokotrantura tələbəsi olmalısınız və ən azı bir komanda üzvünüz xanım olmalıdır.
Tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməlisiniz. Bu zaman özünüz barədə məlumatları dəqiq daxil edin və “Nahardan sonra (4 may) tədqiqatımı təqdim etmək istəyirəm” bəndini seçin. Qeydiyyat cümə günü, 3 may, saat 12:00-da bağlanacaq.
Ərizə formasında mövzunuzu ingilis dilində bir səhifədən çox olmayan tezis formasında təqdim edin. Tezis aydın şəkildə işlədiyiniz tədqiqat sahəsini təqdim etməli, gördüyünüz işin yeniliyi və əhəmiyyətini vurğulamalıdır. Elmi komitə tərəfindən qəbul olunmuş tədqiqatlar tədbirin proqramına daxil olunur.
Tədqiqat işləri qəbul olunmuş müəlliflərə e-poçtla bildiriş göndərilir və təqdimat üçün şablondan istifadə edərək poster formatına uyğun iki slaydlıq prezentasiya hazırlamaq xahiş olunur.
Elmi komitənin üzvləri
Dr. Nailə Allahverdiyeva Dr. Sabrina Əliyeva Dr. Şəfəqət Mahmudova Dr. Leyla Muradxanlı Dr. Çiğdem Şengül
Dr. Nailə Allahverdiyeva
Dosent, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri, Bakı Ali Neft Məktəbi (Azərbaycan)
Dr. Naila Allakhverdiyeva, Associate Professor, Head of Process Automation Engineering Department, Baku Higher Oil School (Azerbaijan)
Dr. Şəfəqət Mahmudova
Baş mühəndis, Dosent, AMEA İnformasiya Texnologiyaları İnstitutu (Azərbaycan)
Dr. Shafagat Mahmudova, Chief Engineer, Associate Professor, ANAS Institute of Information Technologies (Azerbaijan)
Dr. Sabrina Əliyeva
Dərin öyrənmə (Deep Learning) üzrə mühəndis, “Synopsys Inc.” şirkəti (ABŞ)
Dr. Sabrina Aliyeva, Deep Learning Engineer, Synopsys Inc. (USA)
Dr. Leyla Muradxanlı
Dosent, Bakı Ali Neft Məktəbi (Azərbaycan)
Dr. Leyla Muradkhanli, Associate Professor, Baku Higher Oil School (Azerbaijan)
Dr. Çiğdem Şengül
Baş tədqiqatçı, “Nominet” şirkəti (Birləşmiş Krallıq)
Dr. Cigdem Sengul, Senior Researcher, Nominet (UK)
Seçilmiş tədqiqat işləri
- Fidan Əliyeva, Nərgiz Hüseynova, Nicat Mürsəli / Development of Computer System for Lexical and Morphological Analysis of Azerbaijani / Bakalavr, ADA Universiteti
- Sevda Məmmədli, Ülviyyə Cəfərli, Şəmsəddin Hüseynov, Hüseyn Alkərəmov / Sentiment Analysis for Azerbaijani Language using Machine Learning Algorithms / Bakalavr, ADA Universiteti
- Günay İskəndərli / Filtration of Terrorism-Related Texts in the E-government Environment / Doktorantura, AMEA İnformasiya Texnologiyaları İnstitutu
- Ulviyya Mammadzada, Sevinj Jafarli, Ilaha Manafova, Lala Shahbandayeva / Network Intrusion Detection using Supervised and Unsupervised Machine Learning / Bakalavr, ADA Universiteti
- Şəlalə Mansurova / Fuzzy Multi-Criteria Evaluation of Cloud Models Security / Doktorantura, AMEA, İnformasiya Texnologiyaları İnstitutu
- Nigar Alışzadə, Safura Isayeva / Multiagent system for processing Ontologies / Doktorantura, AMEA İdarəetmə Sistemləri İnstitutu
- Aytac Rzayeva, Samad Samadzada, Nazir Yunuszada, Ayshan Ismayilova, Aytən Ələkbarova / Integrating Classroom Screens to Blackboard / Bakalavr, ADA Universiteti
- Ilyas Karimov, Sevil Jafarova, Miradil Zeynalli / Statistical Analysis and Data Visualization of DTS Data / Bakalavr, ADA Universiteti
- Humay Hüseynova / Twitter Mining in Healthcare / Magistratura, Xəzər Universiteti