
Biz nə edirik?
Azərbaycan ACM Bölməsi kimi fəaliyyətə 2012-ci ilin fevralından başladıq. İnanırıq ki, qlobal layihələrə qoşulmaq, kütləvi tədbirlər təşkil etmək, ictimai müzakirələrə şərait yaratmaqla dəyişikliyə nail ola bilərik.

İlk proqramçı Ada Lavleysin davamçıları ənənəvi ACM tədbirinə toplanacaqlar
Bakı, 19 aprel 2019 / ACM beynəlxalq təşkilatının Azərbaycan bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 4-5 may tarixində “Bərabərliyin iki tərəfi var” mövzusunda 4‑cü “Ada mirası” tədbirinə dəvət edir.

“Ada mirası” ilk proqramçının qadın olduğunu bir daha xatırladır
Bakı, 26 mart 2018 / Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 21 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 3-cü ACM tədbirinə dəvət edir.

Stənfordlu professor ADA Universitetində seminarlar keçirəcək
Bakı, 2 aprel 2017 / Azərbaycan ACM Bölməsi və ADA Universiteti tələbə və mütəxəssisləri 15-17 aprel “Big Data Weekend” seminarlarına dəvət edir.

“Ada mirası” beynəlxalq konfrans ərəfəsində ilk proqramçının qadın olduğunu xatırladır
Bakı, 18 mart 2017 / Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 15 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 2-ci ACM tədbirinə dəvət edir.

Şagirdlər yenə “Bebras” beynəlxalq informatika müsabiqəsində yarışacaq
Bakı, 27 noyabr 2016 / Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 28 noyabr – 4 dekabr tarixlərində keçirilir.

İnformatikada qadınlara həsr olunmuş tədbir xanımları beynəlxalq konfransda iştirak etməyə həvəsləndirir
14 aprel 2016 / Azərbaycan ACM Bölməsi hər kəsi 30 aprel “Ada mirası: informatikada qadınlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edir.

Şagirdlər informatika üzrə “Bebras” müsabiqəsində güclərini sınayacaq
21 oktyabr 2015 / Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 5-11 noyabr tarixlərində keçiriləcək.

“BakuTel-2014”də informatika təhsili üzrə iki qlobal layihə təqdim olunacaq
28 noyabr 2014 / Azərbaycan ACM Bölməsi “BakuTel-2014” sərgisində informatikanı populyarlaşdıran qlobal Kod Saatı təşəbbüsünü və beynəlxalq “Qunduz” müsabiqəsini təqdim edəcək.