skip to main content
  • ACM
  • Chapters
  • SIG
ACM Logo
ACM Logo
Azərbaycan ACM Bölməsi
  • Bizə qoşulun
  • Axtarış
  • BARƏMİZDƏ
    • Barəmizdə
    • Barəmizdə oxuyun
    • Bizi tanıyın
    • Bizə qoşulun
    • ACM üzvü olun
  • FƏALİYYƏTİMİZ:
    • Fəaliyyətimiz
    • Biz nə edirik?
    • Press-relizlər
    • Davranış qaydaları
  • ADA MİRASI
    • Ada mirası
    • Press-relizlər
    • 2019
    • Elmi konfrans
    • Hakafon
    • Proqram
    • 2018
    • 2017
    • 2016
  • KOD SAATI
  • QUNDUZ / BEBRAS

ACM tədbiri Ada mirası 2019

ACM beynəlxalq təşkilatının Azərbaycan bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 4-5 may tarixində “Bərabərliyin iki tərəfi var” mövzusunda 4‑cü “Ada mirası” tədbirinə dəvət edirdi. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçirilən bu tədbir saat 10.00-da, ADA Universitetinin böyük konfrans zalında başladı.

    • Home
    • Ada mirası 2019

Ada mirası: ACM tədbiri 2019

İnformatika istiqamətində peşəkar inkişaf və elmi araşdırma imkanları ilə maraqlanırsınız? Qadınların bu sahədə daha çox iştirakını siz də dəstəkləyirsiniz? Maraqlı çıxışlar dinləmək, beynəlxalq “womENcourage 2019” konfransında iştirak etmək istərdiniz? Elə isə “Ada mirası” ACM tədbirinə qoşula bilərdiniz.

ACM beynəlxalq təşkilatının Azərbaycan bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 4-5 may tarixində “Bərabərliyin iki tərəfi var” mövzusunda 4‑cü “Ada mirası” tədbirinə dəvət edirdi. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 10.00-da, ADA Universitetinin böyük konfrans zalında başladı.

Tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməli idiniz. Bu zaman özünüz barədə məlumatları dəqiq daxil etməyiniz və iştirak edəcəyiniz sessiyaları diqqətlə seçməyiniz xahiş olunurdu. Qeydiyyat cümə günü, 3 may, saat 12:00-da bağlanırdı. Tədbir barədə daha geniş aşağıda oxuyun.

Tədbirin adı – “Ada mirası” ilk kompüter proqramçısı, ingilis riyaziyyatçısı xanım Ada Lavleysin (1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 4-cü il keçirilən tədbirin məqsədi xanımları texniki sahələr, o cümlədən informatikanın müxtəlif istiqamətləri üzrə təhsil almağa və karyera qurmağa təşviq etmək, onları beynəlxalq “womENcourage 2019” konfransında iştirak etməyə həvəsləndirmək idi. 2016-cı ildə keçirilən birinci tədbirdən bəri hər il ən azı 5 azərbaycanlı tələbə təqaüd qazanaraq bu beynəlxalq konfransda iştirak edib.

Elmi konfrans

Beynəlxalq “womENcourage” konfransı həmin il 16-18 sentyabrda, İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcəkdi. Hər il “womENcourage” həm də bakalavr, magistr və doktorantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə bilirlər.

Ötən il ilk dəfə Azərbaycandan olan 3 tədqiqat posteri konfrans proqramına qəbul olundu, tələbələrimiz elmi işlərini uğurla təqdim etmişdilər. Əgər siz də tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirdinizsə, 1 may, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollaya bilərdiniz.

Tədbirin proqramı

Builki “Ada mirası”nın proqramı genişlənərək iki gün davam etdi. Proqramın “Ulduz Müharibələri” (Star Wars®) gününə təsadüf edən ilk günündə ötən il Belqradda keçirilmiş “womENcourage” tədbirində və mühəndis qadınların dünyada ən böyük toplantısı olan “Qreys Hopper” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşdü, maraqlı mövzularda çıxışlar oldu.

Nahardan sonra beynəlxalq Elmi Komitə tərəfindən seçilmiş tələbə tədqiqat işlərinin təqdimatı oldu. Həmçinin paralel sessiyalarda informatikanın tədrisi istiqamətində “Kod Saatı” layihəsi və “Unity” oyun tərtibatı plantforması barədə seminarlar keçirildi. Üçüncü bir sessiyada iki sənədli film – Ada Lavleysin həyatından bəhs edən “İnformatikanın şahzadəsi: Ada tənliyini həll edərkən” və video-oyun tərtibatçıları barədə “Müstəqil oyun: kinofilm” nümayiş etdiriləcəkdi.

Növbəti gün isə video-oyunların hazırlanması mövzusunda hakafon (haker marafonu) təşkil edildi. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili idi.

Əlavə materiallar

  • Mətbuat üçün açıqlama (19 aprel 2019) İlk proqramçı Ada Lavleysin davamçıları ənənəvi ACM tədbirinə toplanacaqlar
  • Tədbirin proqramı / Event programme
  • Tədbirdə çəkilmiş foto-şəkillər
    • 1-ci gün, paralel sessiyalar
    • 2-ci gün, hakafon
  • Davranış qaydaları / Code of Conduct

Bizi izləyin

Azerbaijan ACM Chapter

Sürətli keçid

  • BARƏMİZDƏ
    • Barəmizdə
    • Barəmizdə oxuyun
    • Bizi tanıyın
    • Bizə qoşulun
    • ACM üzvü olun
  • FƏALİYYƏTİMİZ:
    • Fəaliyyətimiz
    • Biz nə edirik?
    • Press-relizlər
    • Davranış qaydaları
  • ADA MİRASI
    • Ada mirası
    • Press-relizlər
    • 2019
    • Elmi konfrans
    • Hakafon
    • Proqram
    • 2018
    • 2017
    • 2016
  • KOD SAATI
  • QUNDUZ / BEBRAS

ACM Logo
  • facebook
  • google_plus
  • linkedin
  • email
  • instagram
  • youtube