Ada mirası: informatikada qadınlar 2018
Qadınların informatika sahəsində peşəkar inkişaf və elmi araşdırma imkanları sizi də maraqlandırır? Maraqlı çıxışlar dinləmək, beynəlxalq “womENcourage 2018” konfransında iştirak etmək istərdiniz? Elə isə “Ada mirası: informatikada qadınlar” tədbirinə qoşula bilərdiniz.
Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 21 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 3-cü ACM tədbirinə dəvət edirdi. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage 2018” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 11.00-da, ADA Universitetinin böyük konfrans zalında başladı.
ADA Universitetindən deyilsinizsə, tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməli idiniz. Qeydiyyat cümə günü, 20 aprel, saat 12:00-da bağlanacaqdı. Tədbir barədə daha geniş aşağıda oxuyun.
“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 3-cü il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womENcourage 2018” konfransında iştirak etməyə həvəsləndirmək idi. 2016-cı ildə keçirilən birinci tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi, ötən il isə bu say artıq 7 nəfərə çatmışdı.
Bu il qlobal ACM-W təşkilatının sədr müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer “Ada mirası”nın qonağı oldu. Tədbirdə Barselonadakı ötənilki “womENcourage” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşdü. Həmçinin informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə çıxışlar oldu. Daha sonra konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndirildi və təqdimatçılara məsləhətlər verildi. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili idi.
Beynəlxalq “womENcourage” konfransı
Konfrans bu il 3-5 oktyabr Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcəkdi. Hər il “womENcourage” həm də bakalavr, magistr və dokotrantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə bilir. Mövzu informatikanın istənilən istiqaməti üzrə yeni ideya, dizayn, texnologiya, sistem və ya alətlər, dəyərləndirmə, elmi araşdırma, metodika, sosial və ya strateji siyasət məsələlərini əhatə edə bilər.
Əgər tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirdinizsə, 16 aprel, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollamaq lazım idi. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.