İnformasiya texnologiyaları sahəsində peşəkarsınız? İnformatikanı bir elm, bir peşə kimi sevirsiniz? Öz təcrübənizi başqaları ilə bölüşmək, yeni nəsil mütəxəssislərin yetişməsinə kömək etmək istəyirsiniz? Elə isə bizə qoşulun və növbəti fürsətlərdən faydalanın:
Azərbaycan ACM bölməsi peşəkar bölmədir. Bölmə üzvlərinin uyğun sahədə bakalavr dərəcəsi və ya iki il iş təcrübəsi olması gözlənilir. Əgər bu şərtlərə cavab vermirsinizsə, ölkəmizdəki ACM tələbə bölmələrinə qoşula bilərsiniz.
ACM-in Etik və Peşəkar Davranış Kodeksi ilə tanış olun. Bizə qoşulmaq istəyirsinizsə, elə indi üzvlük üçün müraciət edin. Bu, çox sadədəir. Bölməmizin council(ət)azerbaijan.acm.org ünvanına e-mәktub göndәrәrәk bizә özünüz barədə yazın:
"ACM nədir?" sualının cavabını dünya səviyyəli mütəxəssislərdən eşidin.
Xatırladaq ki, ACM bölməsinə üzv olmaq hələ ACM-ə üzv olmaq deyil. Azərbaycan ACM Bölməsinə üzv olmaqla ACM üzvlüyünün verdiyi imkanlardan ancaq bir neçəsindən istifadə etmək olur. ACM üzvü olmaq üçün elə indi onlayn üzvlük formasını doldurun:
Xatırladaq ki, güzəştli illik üzvlük haqqı peşəkarlar üçün 30-150 ABŞ dolları, tələbələr üçünsə cəmi 19 ABŞ dollarıdır.