Davranış qaydaları
ACM fəaliyyətlərində qısnama əleyhinə qaydalar
Açıq fikir mübadiləsi ACM-in missiyasında mərkəzi yer tutur. Bunun üçün fərqliliyə qucaq açan və hər kəs üçün təhlükəsiz, qonaqpərvər şərait yaradan bir mühit tələb olunur.
Bu qaydalar bütün ACM fəaliyyətlərinə, o cümlədən konfrans, simpozium, seminar və tədbirlərə, ACM üzvlərinin iclaslarına, sosial media da daxil olmaqla ACM-lə əlaqəli məlumat kanalları ilə göndərilən nəşr və verilişlərə aiddir.
Qaydaların ingiliscə tam mətni ACM Şurası tərəfində qəbul edilib. Bu sənədin növbəti bölmələri var: gözlənilən davranış, qeyri-məqbul davranış, qeyri-məqbul davranışın gətirdiyi nəticələr, qeyri-məqbul davranışı necə şikayət etməli, şikayətlərə necə baxılmalı, xəbərdarlıq və bildirişlər.