Barəmizdə oxuyun

ACM Europe chapter leaders workshop in Prague

ACM nədir?

ACM(Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.

ACM-W (Association for Computing Machinery’s Council on Women in Computing) ACM-in informatikada qadınlar üzrə şurasıdır, informatika sahəsinin bütün istiqamətlərinə qadınların tam cəlb olunmasını beynəlxalq səviyyədə dəstəkləyir, təbliğ və təşviq edir.

Azərbaycanda ACM

ACM bütün dünyada 180-dən çox peşəkar və 600-dən çox tələbə ACM bölməsi vasitəsi ilə informatika cəmiyyətində artım və inkişafa dəstək verir.

Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Bölmənin ACM-W şurası (Azərbaycan ACM-W Bölməsi) 29 dekabr 2014-cü ildə fəaliyyətə başlayıb.

Azərbaycanda ilk ACM bölməsi 23 may 2011-i ildə təsis olunmuş Bakı Dövlət Universiteti ACM tələbə bölməsi olub. Hazırda ADA UniversitetiBakı Mühəndislik Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.